Azərbaycanda qayınana hamilə gəlini vəhşicəsinə döydü – ANBAAN VİDEO – YENİLƏNİB-2backend

Azərbaycanda qayınana hamilə gəlini vəhşicəsinə döydü - ANBAAN VİDEO - YENİLƏNİB-2

“Lənkəranın Yuxarı Nüvədi kəndində yaşayan 1990-cı il təvəllüdlü Rəmziyyə Qurbanova qayınanası 1946-cı təvəllüdlü Girdənaz Qurbanovadan şikayətçi olmadığını bildirib”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Məlumata görə, gəlin həmçinin ekspertizadan keçməkdən də imtina edib:

“O, aldığı xəsarətlər və hamilə olub-olmaması ilə bağlı ekspertizaya dəvət edilib. Lakin bundan imtina edib və qayınanasından şikayətçi olmadığını deyib. Gəlinin əri isə polisə ailə işinə qarışmamağı tövsiyə edib”.

DİN-in məlumatında bir daha bildirilib ki, qayınana ruhi xəstədir və araşdırma nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

***

11:30
Xəbər verdiyimiz kimi, qayınananın gəlinini döyməsi ilə bağlı görüntülər paylaşılıb.
Görüntülərin Lənkəran Rayonun Yuxarı Nüvədi kəndində çəkildiyi iddia edilib.

DİN Mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, sosial şəbəkələrdə yayılan 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat aparılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

***

10:43
Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qayınanın gəlini döyməsi ilə bağlı videogörüntü yayılıb.

KONKRET.az-ın məlumatına görə, kənd icra nümayəndəsi Raifə Məmmədzadə qafqazinfo-ya bildirib ki, qayınana ruhi xəstədir və dispanserdə xəstə kimi qeydiyyatdadır:

“Girdənaz xanım əvvəllər də müalicə olunub. Sonuncu müalicədən sonra yaxşılaşmışdı, evinə qayıtmışdı. Son vaxtlar heç bir problemi olmayıb. Özü də dispanserdə xəstə kimi qeydiyyatdadır. Hadisə günü yenidən əsəbləri pozulub və gəlinini döyüb. Həmişə döymür, birinci dəfədir. Bu hadisədən sonra qızı gəlib Bakıya apardı, indi orada yenidən müalicə olunur”.

R.Məmmədzadə qeyd edib ki, bununla bağlı polis şöbəsində araşdırma aparılıb:

“Qadının hamilə olması ilə bağlı deyilənlər yalandır. Gəlinin 3 uşağı var. Özü də polisə ifadəsində şikayəti, narazılığı olmadığını deyib və hadisənin qayınanasının əsəb xəstəsi olduğuna görə baş verdiyini bildirib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*