Cəlilabad rayonunun Moranlı kəndində şadlıq evində yanğın başlayıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və 2 texnikası cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri görülür.
Faktla bağlı araşdırma aparılır.