Azərbaycanda tütün əkini 56% artıbbackend

Azərbaycanda tütün əkini 56% artıb

Bu il Azərbaycanda yazlıq əkinlər dövründə 1 min 242,6 hektar sahədə tütün əkini aparılıb.

KONKRET.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə tütün əkinlərinin sahəsi 55,9 % artıb. Nazirlik bildirir ki, əkin davam edir.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 261,4 milyon manatlıq tütün məmulatları istehsal edilib ki, bu da, illik müqayisədə 9,8 % çoxdur. Hesabat dövründə tütün məmulatlarından siqaret və siqar istehsalı 25,2 % artaraq 4 milyard 703,1 milyon ədədə çatıb, tütün istehsalı isə 86,8 % azalaraq 223,2 tona enib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*