Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏbackend

Azərbaycanda yeni doğulan qız uşaqlarına hədiyyə veriləcək – İLK DƏFƏ

Azərbaycanda ilk dəfə yeni doğulmuş uşaqlara körpənin ehtiyacları üçün nəzərdə tutulan vasitələrdən dəstlər (qutular) veriləcək.

KONKRET.az xəbər verir ki, bu layihə ilkin olaraq 90 qız körpəsini əhatə edəcək. Onu Əmək və sosial müdafiə nazirliyinin Sosial dəstək mərkəzi Yardımlı, Ağsu və Qazax rayonlarında həyata keçirəcək.

Artıq müvafiq tender keçirilib və təchizatçı seçilib.

Körpəyə verilən dəstə bez, uşağa qulluq dəsti (qayçı-daraq), duru sabun, geyim dəsti, şampun, kirşan, geyim dəsti, dəriyə qulluq vasitələri, oyuncaqlar, yuyucu toz və digər əşyalar daxil olacaq.

Layihənin qız uşaqları üçün nəzərdə tutulması Azərbaycanda selektiv abortlar səbəbindən qız körpələrinin az doğulmasıdır.

İlk dəfə yeni doğulan körpələr üçün hədiyyə dəstləri Finlandiyada 1938-ci ildə peyda olub.

  • Nahid
    Mart 29, 2023 - 14:56

    Salam menimde qızım teze niye hediyyesin vermirsiz😀

  • Arzu
    Noyabr 25, 2023 - 18:24

    mənimdə qızım təzə olub bize niye verilmir

  • Arzu
    Noyabr 25, 2023 - 18:25

    mənimdə qızım təzə olub

  • Arzu
    Noyabr 26, 2023 - 23:59

    menimde qizim yeni olub bes bize niye duşmur hədiyyə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*