Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi – İLGİNC ADbackend

Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi – İLGİNC AD

“Bir neçə dəfə çıxışlarımda demişəm ki, gəlin yeni nazirlik yaradaq. Adı problemlərin həlli nazirliyi olsun.

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, uzun illər boyu Azərbaycan vətəndaşı müxtəlif məsələlərin həllində, sadə sənədlərin əldə edilməsində çox vaxt itirirdi:

“Bəzən bir arayış, bir icazə və ya bir sənəd üçün günlərlə, hətta həftələrlə gözləməli olurdu:

“Bu isə vətəndaş məmnunluğuna mənfi təsir göstərirdi. Lakin ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli bu sahədə inqilabi dəyişikliklərə səbəb oldu. Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan vətəndaşı məmnunluğun ən yüksək səviyyədə təmin olunduğu bir sistemə sahibdir.

“ASAN xidmət” modeli vətəndaşı süründürməçilikdən, bürokratik əngəllərdən və bəzən müşahidə olunan korrupsiya elementlərindən azad etdi. Bu gün artıq vətəndaş pasport almaq, şəxsiyyət vəsiqəsini yeniləmək, mülkiyyət sənədlərini həll etmək üçün idarə qapılarında günlərlə növbə gözləməyə məcbur deyil. Bu model bir daha göstərdi ki, dövlət-vətəndaş münasibətlərində şəffaflıq və çeviklik mümkündür. “ASAN xidmət” həm də onu sübut etdi ki, dövlət xidmətlərinin təşkilində məmnunluq göstəricisi əsas prioritet olmalıdır.

Əgər bu modeli simvolik şəkildə izah etsək, “ASAN xidmət” də dörd hərfdən — eynilə bir AYNA -da dörd hərfdən ibrətdir. Lakin “ASAN xidmət” bu gün vətəndaşa şəffaf baxış təqdim edir, vətəndaş isə orada özünü, hüquqlarını və dövlətin diqqətini aydın şəkildə görür.

“ASAN xidmət”də hər bir sorğuya operativ cavab verilir, hər bir tənqid və ya şikayət dərhal dəyərləndirilir. Təəssüf ki, digər qurumlarda hələ də bu yanaşmanı tam görmürük.

Bu baxımdan düşünürəm ki, müzakirə etdiyimiz qanun layihəsi bu modelin daha da genişlənməsinə, dövlət idarəçiliyinin çevik və şəffaf fəaliyyətinə xidmət edəcəkdir.

Eyni zamanda, məncə, “ASAN xidmət indeksi” ideyasının formalaşması çox müsbət haldır. Lakin bu təşəbbüsü təkcə bir qurumla məhdudlaşdırmadan, “Dövlət Xidmətləri İndeksi” adı ilə ümumiləşdirmək daha məqsədəuyğun olardı. Bu, bütövlükdə dövlət sistemində xidmət keyfiyyətinin ölçülməsi və inkişafına töhfə verəcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*