Azərbaycandan neçə nəfər “Green Card” qazanıb?backend

Azərbaycandan neçə nəfər "Green Card" qazanıb?

Bu il Azərbaycandan 1 730 nəfər ABŞ-də yaşamaq icazəsi verən “Green Card” lotereyasının qalibi olub.

KONKRET.az xəbər verir ki, nəticələr lotereyanın rəsmi saytında dərc edilib.

Özbəkistan 2025-ci il “Green Card” lotereyasını qazananların sayına görə lider ölkə olub. Mərkəzi Asiya ölkəsindən 5 564 nəfərin bəxti gətirib. İkinci yerdə 5 526 qaliblə Əlcəzair, üçüncü yerdə isə 5 519 nəfərlə Rusiya yer alıb.

Ümumi 55 000 qalib arasında hər onuncu şəxs Özbəkistan vətəndaşıdır.

Digər yaxın ölkələrə gəlincə: İran – 5 267 qalib, Qırğızıstan – 3 095, Tacikistan – 2 982, Ermənistan – 2 971, Qazaxıstan – 2 004, Gürcüstan isə 1 342 qaliblə builki lotereyanı başa vurub.

Ən aşağı nəticələr isə Venesuela, Bruney, Vatikan, Marşall və Norfolk adalarında qeydə alınıb. Burada lotereyanın qalibi olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*