Azərbaycanın kişi şahmat millisi Olimpiadanı qələbə ilə başa vurdubackend

Azərbaycanın kişi şahmat millisi Olimpiadanı qələbə ilə başa vurdu

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.

KONKRET.az xəbər verir ki, yığma XI turda Serbiya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib – 2,5:1,5.

Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə Olimpiadanın qalibi olub.

XI tur

Azərbaycan – Serbiya

Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç – 1:0

Rauf Məmmədov – Velimir İviç – 0,5:0,5

Qədir Hüseynov – Robert Markus – 0,5:0,5

Vasif Durarbəyli – İvan İvanişeviç – 0,5:0,5

Qeyd edək ki, qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir – 1:1.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*