Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir – Əraqçibackend

Azərbaycanla siyasi və iqtisadi münasibətlərin gücləndirilməsi zəruridir - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bu ölkənin Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşündə Azərbaycanla münasibətlərin perspektivi barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə İranın xarici siyasət idarəsinin rəhbərinin “Telegram” kanalında məlumat paylaşılıb.

Bildirilib ki, səfir A. Əraqçini ikitərəfli münasibətlərin son vəziyyəti barədə məlumatlandırıb.

İran XİN-in rəhbəri yaxşı qonşuluq siyasətinin daha təsirli şəkildə irəlilədilməsi üçün Azərbaycanla iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə münasibətlərin davamlı şəkildə gücləndirilməsi və genişləndirilməsi zərurətini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*