Azərbaycanlı gənclər Livada döyüşmək istəyirlər – İDDİAbackend

Azərbaycanlı gənclər Livada döyüşmək istəyirlər - İDDİA

İranın ali rəhbəri ayətullah Əli Xameneinin Ərdəbildəki nümayəndəsi və şəhərinin cümə imamı Həsən Amoli Livan Hizbullahının lideri Həsən Nəsrullaha məktub yazıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Serat News” məlumat yayıb.

Hökumət nümayəndəsi iddia edib ki, İranın müxtəlif şəhərlərindən, o cümlədən Bakıdan ona məktublar göndərirlər. Qeyd olunub ki, gənclər Livanda döyüşmək istəyirlər:

“Sizdən (Həsən Nəsrullah) xahişim odur ki, düşmənin quruda hücumu zamanı gənclərin Livana göndərilməsinə razılıq verin və daha sonra böyük bir ordu Livana axışacaq. Hamı bilir ki, sizin əmrlərinizi dinləyən minlərlə suriyalı, iraqlı və yəmənli döyüşçü var. Əgər siz bu gənclərin də istəyini qəbul etsəniz, ordu böyüyəcək”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*