Azərbaycanlı snayper həlak oldubackend

Azərbaycanlı snayper həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.

KONKRET.az bildirir ki, modern.az-ın əldə etdiyi məlumata görə, Camalov Zaur Mühiddin oğlu Ukrayanın Zaporojye vilayəti istiqamətində gedən döyüşlərdə ölüb.

Onun Rusiya ordusunun tərkibində snayper olaraq vuruşduğu məlumdur.

Zaur Camalovun 1992-ci il noyabrın 30-da Azərbaycanda anadan olduğu və uzun illər Rusiyanın Lipetsk vilayətində yaşadığı bildirilir.

Xatırladaq ki, Azərbaycanın Baş Prokurorluğu ötən il dekabrın 29-da vətəndaşlara müraciət eədək Rusiya-Ukrayna müharibəsində, eləcə də digər xarici ölkələrdəki silahlı münaqişələrdə iştirak etmək cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*