KONKRET.az unikal-a istinadla xəbər verir ki, 12 yaşlı Zemfira Muxtarova və onun 13 yaşlı rəfiqəsi Ebba Morina qatarın vurması nəticəsində həlak olublar.
Belə ki, insident oktyabrın 4-də səhər saatlarında baş verib. Qızlar stansiyada TikTok platforması üçün video çəkərkən həyatlarından olublar.
Məlumata görə, Zemfira və ailəsi Azərbaycandan Nyu-Yorka köçüb. Onun valideynlərinin sözlərinə görə, Zemfira gecə yarısı evdən gizlicə çıxıb və rəfiqəsi ilə metro stansiyasında görüşüb.
O, Ebba ilə birlikdə hərəkət edən metro qatarının üstündə TikTok videoları çəkirmiş. Metroda sörfinqlə məşğul olduğu bildirilən Zemfira tez-tez TikTok hesabında Nyu-York şəhərinin metro stansiyalarında belə kaskadyorlar etdiyi videoları paylaşırdı.