Azərbaycanlı yazıçı: “Vəziyyətim dözülməz həddə çatıb”backend

Azərbaycanlı yazıçı: "Vəziyyətim dözülməz həddə çatıb”

Yazıçı Ayxan Ayvaz sosial şəbəkədə paylaşdığı statusda işsizlik və çətin həyat şəraiti ilə bağlı müraciət edib.

KONKRET.az xəbər verir ki, yazıçı uzun müddətdir iş tapa bilmədiyini, mətbuat sahəsində bacarıqlı müəlliflərə ehtiyacın qalmadığını bildirib:

“Dəfələrlə işlə bağlı müraciət etsəm də, xeyri olmayıb. Neçə vaxtdır çətin vəziyyətdə yaşayıram. Halbuki bu ölkədə mətbuat sahəsində ən yaxşı yazıları yazan müəlliflərdən biri də mən olmuşam. Amma baxırsan, üçüncü dərəcəli sayt məndən CV istəyir, göndərirsən, deyir, onlayn yox, ofisdəndir. Halbuki bu işi onlayn da görmək olur”.

A. Ayvaz qeyd edib ki, alacaqları qaldığından maddi sıxıntılar içində yaşamağa məcburdur:

“Yoldaşımın maaşı birbaşa kreditə gedir. Mənim işim yazmaq, redaktə etmək, tərcümədir. Amma bu sahədə iş tapmaq artıq mümkün deyil. Vəziyyət dözülməz həddə çatmaqdadır”.

Yazıçı həmçinin qeyd edib ki, siqareti tərgitməsinə baxmayaraq, ailəsinin dolanışığı getdikcə çətinləşir və bu səbəbdən ona uyğun onlayn iş təkliflərinə açıqdır.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*