Azərbaycanlılar indi ermənilərə deyil, rus sülhməramlılarına qarşı vuruşur.
KONKRET.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan Facebook səhifəsində yazıb.
“Onları əsəbiləşdirmək və qarşıdurma yaratmaq üçün hər şeyi edirlər. Bundan sonra rəsmi Bakı rus sülhməramlılarının davranışından şikayət etməyə başlayacaq və sülhməramlılarla problemin həlli məsələsini gündəmə gətirəcək. Minimum vəzifə başqa ölkələrin, xüsusən də Türkiyənin qoşunlarını “Artsax”a göndərməkdir. Maksimum vəzifə isə Rusiya sülhməramlılarının çıxarılmasıdır” – deyə erməni politoloq sərsəm fikirlərini davam etdirib.
“Düşünürəm, hamıya aydındır ki, bu, Ankara ilə birgə hazırlanmış proqramdır”, – deyə Şahnazaryan bildirib.
Günel Mikayılova,
KONKRET.az
Çox nadir və murdar düşmənə ilismisik.Sərvətleri daşıyır aparır.icazə vermiyəndə hürür ki,gerek Daha da güclü dövlətlərə müraciət edək.