“Azəriqaz”dan güzəştli limit həddi ilə bağlı AÇIQLAMAbackend

“Azəriqaz”dan güzəştli limit həddi ilə bağlı AÇIQLAMA

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin yanvar-iyul aylarında əhali abonentlərinin illik güzəştli limitdən istifadəsinə dair statistik göstəriciləri açıqlayıb.

KONKRET.az-ın  “Azəriqaz”a istinadən verdiyi məlumata görə, avqust ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 290 min 987 əhali abonentinin cəmi 7,05%-i illik hər kubu 10 qəpikdən satılan 2 200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 161 574 abonent deməkdir.

Yerdə qalan 2 milyon 129 min 413 abonent (ümumi əhali abonentlərinin 92,95%-i) qazdan güzəştli limit daxilində istifadə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Tarif (qiymət) Şurasının 30 aprel 2019-cu il tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə (hər kubmetrə görə 10 qəpik) illik istehlak həcmi 1 700 kubmetrdən 2 200 kubmetrədək artırılıb. Bu qərardan sonra təbii qazı aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*