“Azərişıq” minaya düşən əməkdaşı barədə məlumat yaydıbackend

“Azərişıq” minaya düşən əməkdaşı barədə məlumat yaydı

“Azərişıq” ASC noyabrın 21-də Laçın rayonunun Güləbird kəndi ərazisində minaya düşərək xəsarət alan əməkdaşı Əbilov Mahir Ramiz oğlu ilə bağlı açıqlama yayıb.

KONKRET.az-ın xəbərinə görə, qurumun əməkdaşının vəziyyəti hazırda stabildir.

Hadisədən dərhal sonra Mahir Əbilov “Azərişıq” ASC rəhbərliyinin qərarı ilə təcili olaraq Bakı şəhərindəki özəl klinikalardan birinə gətirilib və əməliyyat olununb.

Təssüf ki, yaralının bir ayağı topuqdan amputasiya edilib.

Qeyd edək ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb. O, Laçın istiqamətində yüksək gərginlikli xəttin çəkilişi üçün buraya Biləsuvar Elektirik Şəbəkəsindən elektrik kimi ezam olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*