“Azərsu” Adil Əliyevi aldatdı – SƏNƏDbackend

“Azərsu” Adil Əliyevi aldatdı – SƏNƏD

“Azərsu” Açıq Cəhmdar Cəmiyyəti Milli Məclisin sədr müavini, 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə deputat Adil Əliyevə yalan məlumat verib.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a rayonun Atatürk prospekti bina 23/25, 27, Əbdülrəhimov küçəsi, bina 118 və 120 ünvanlarda yaşayan sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, içməli su problemləri olduğu üçün deputat Adil Əliyevə müraciət ünvanlayıblar.

“Əraziyə içməli su saat 07:00-dan 12:00-a qədər, 18:00-dan isə 24:00-a qədər verilir. Bu da çətinlik yaradır. Məsələ ilə bağlı deputatımız Adil Əliyevə müraciət etdik. O da öz növbəsində problemin aradan qaldırılması üçün iyunun 19-da “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə müraciət ünvanlayıb. Avqustun 21-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov müraciətə cavab məktubu göndərib:

“Qeyd olunan ərazini qidalandıran kəmərdə qəza baş verdiyi üçün su təchizatında müəyyən fasilələr yaranıb. Görülmüş tədbirlər nəticəsində baş vermiş qəza aradan qaldırlıb, su təchizatı bərpa olunub. Hazırda qeyd olunan ünvanlar fasiləsiz su ilə təmin olunur”. Məktubda belə yazılmasına baxmayaraq vəziyyət dəyişməyib. Su yenə də fasilələrlə verilir. Deputata qarşı belə edirlərsə, bəs kimə müraciət edək? Bu ərazilər şəhərin mərkəzi sayılır. İçməli suyun fasilə ilə verilməsi anlaşılan deyil” – sakinlər bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*