Azyaşlı qızları soyunduraraq… – Hindistanda qəribə yağış yağdırma RİTUALIbackend

Azyaşlı qızları soyunduraraq... - Hindistanda qəribə yağış yağdırma RİTUALI

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) 50 dərəcə isti ilə mübarizə aparmaq üçün yağış yağdıran dronlardan istifadə olunur.

KONKRET.az xəbər verir ki, xüsusi hazırlanmış dronlar buludlara elektroşok verərək yağış yağdırırlar. Bu metod “Bulud əkmə” adlanır.

Yağıntının miqdarının artırılması məqsədilə BƏƏ hökuməti layihəyə 15 milyon dollar ayırıb. Sözügedən texnologiya Britaniyanın Redinq Universitetinin ekspertləri tərəfindən hazırlanıb. Bununla yanaşı BƏƏ hökuməti yağan yağıntının saxlanılmasını da düşünüb. Bunun üçün ölkədə 120 milyon kubmetr su tutumu olan 130-a yaxın bənd və anbarlar var. Ölkənin Meteorologiya və Seysmologiya Milli Mərkəzinin icraçı direktoru Abdulla Mandusun sözlərinə görə, bir damcı belə itirmək niyyətində deyillər.

Hindistanda isə yağış yağdırmaq üçün başqa üsula əl atıblar. Amma hindlilər BƏƏ-dəki kimi texnologiyaya deyil, əsrlərin təcrübəsinə üz tutublar.

Madhya-Pradeş ştatının Bundelxand rayonunda quraqlıqdan əziyyət çəkən kənd camaatı yağış çağırma ritualı çərçivəsində 6 azyaşlı qızı soyunduraraq kəndin ortasında gəzdiriblər. Qızlar üzərinə qurbağa bağlanmış çubuqları çiyinlərinə ataraq kənd boyu gəziblər. Onları himn oxuyan qadınlar müşayiət edib. Azyaşlılar kənddə hər evin qarşısında dayanaraq yerli məbəd üçün taxıl yığıblar.

Yerli sakinlər bu ritualın yağış tanrısını sakitləşdirəcəyinə və bölgəyə yağış gətirəcəyinə inanırlar.

Hindistanın uşaqların müdafiəsi üzrə milli komissiyası kəndin yerləşdiyi rayonun administrasiyasına şikayət məktubu göndərib. Ştat polisi isə məsələ ilə bağlı rəsmi şikayət almadıqlarını, amma araşdırma aparıldığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*