Azyaşlı vuruldu, düşüb o biri sürücü ilə dava etdi – VİDEObackend

Azyaşlı vuruldu, düşüb o biri sürücü ilə dava etdi - VİDEO

Bakının mərkəzi küçələrindən birində baş vermiş yol nəqliyyat hadisəsi zamanı səkidə olan uşağın üzərinə məhəccər aşıb.

KONKET.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarətlərlə yerə yıxılıb və huşsuz vəziyyətdə qalıb.

Hadisə yerindən keçən polis əməkdaşları vəziyyətin son dərəcə ağır olduğunu anlayaraq dərhal müdaxilə ediblər. Polis əməkdaşlarının müşayiəti ilə azyaşlı təcili xəstəxanaya çatdırılıb. Ağır vəziyyətdə, koma halında olan uşaq reanimasiyaya yerləşdirilib, təcili əməliyyat olunub və həyatını xilas etmək mümkün olub.

Hazırda azyaşlının vəziyyəti həkimlərin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*