Bakı bu gün dayanmışdı… – VİDEObackend

Bakı bu gün dayanmışdı... - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı şəhərində ağır tıxac olub. 

KONKRET.az xəbər verir ki, ən böyük tıxac isə Xətai rayonu, 8 Noyabr prospektində müşahidə olunub.

Uzun tıxac məktəbə və işə gedənlərin işini çətinləşdirib.

Hərəkət olmadığından bəzi avtobus sürücüləri və sərnişinlər nəqliyyat vasitələrini tərk ediblər.

Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, hazırda 8 Noyabr prospektində təmir işləri aparılır, tıxac da bununla əlaqədardır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, tıxacın aradan qaldırılması istiqamətində zəruri addımlar atılıb.

Mövzu ilə bağlı telekanalın videomaterialını təqdim edirik:

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*