Bakı gömrüyünün rəisi sahibkara zülm çəkdirir? — “Baş Prokurorluğa müraciət edəcəm”backend

Bakı gömrüyünün rəisi sahibkara zülm çəkdirir? — "Baş Prokurorluğa müraciət edəcəm"

“Bakı Baş Gömrük İdarəsində özbaşınalıq baş verir. İdarənin rəisi Kənan Məmmədov öz bildiyini edir, idarəni iqamətgah çeviribdi. İnsanlara zülm çəkdirir, mənə nə qədər ziyan vurubdu. Bu günə qədər o ziyanları hesablatdırmaqdayam”.

KONKRET.az xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədovdan şikayət edərkən deyib.

Narazı sahibkar bildirir ki, bu günlərdə onu şikayəti ilə bağlı müvafiq qurumlara çağırır və baş verənlərlə bağlı maraqlanırlar:

“Artıq məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etmək fikrindəyəm. Konkret prokurorluğa, məsələ ilə bağlı sənədlər də hazırlanır. Artıq vəkilimlə müqavilə bağlamışam, yəni bu barədə konkret prokurorluğa müraciət olacaq. Axıra kimi də gedəcəm, çünki bu qədər olmaz. Çox güman ki, bu həftənin sonuna kimi sənədlər prokurorluğa veriləcək, oradan verilən cavabdan sonra məhkəməyə müraciət olacaq. Cənab Prezident bütün günü öz çıxışlarında deyir ki, sahibkarlara dəstək olun, sahibkarlara kömək edin. İqtisadiyyatımız sahibkarların əlindədir, bu sahə buradan yüksələ bilər. Nazirlər Kabinetindən, Prezident Administrasiyasından dəstək görürük, amma Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov öz bildiyini edir- deyə R.Aslanov qeyd edir.

Xatırladaq ki, Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən sahibkar – “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını bildirmişdi.

Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovdan şikayətçi olan Ramil Aslanov gömrükdə üzləşdiyi qanunsuz fəaliyyətdən və süründürməçilikdən cana doyduğunu dilə gətirir.

Yazıda adı keçən şəxsin – Kənan Məmmədovun mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*