Bakı metrosu yarım milyonluq sifariş verdibackend

Bakı metrosu yarım milyonluq sifariş verdi

“Bakı Metropoliteni” QSC istismarda olan işarəvermə və rabitə avadanlıqları üçün bəzi ehtiyat hissələri və aksesuarlar alır.

KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir, metropoliten satın alma ilə bağlı “Best Telekom” şirkəti ilə müqavilə bağlayıb.

Müqavilədə 15 dəst elektromexaniki avtostopun, 3 dəst tunelə keçidə nəzarət qurğusunun

25 ədəd sürətin avtomatik tənzimlənməsi aparaturasının yeni rəqəmsal tipli generatorun, 1 ədəd yoldəyişdirici elektrik intiqalının, 4 ədəd kurbel aparatının, 1 dəst dispetçer sərəncamedici telefon stansiyasının, 8 ədəd LED rəqəmsal saatının, 5 dəst səsyayım sisteminin, 6 ədəd abonent blokunun və 2 ədəd qida mənbəyinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 559 min manat müəyyənləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*