Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik – FOTObackend

Bakı Nəqliyyat Agentliyindən Azərbaycan dilinə hörmətsizlik – FOTO

Bakı Nəqliyyat Agentliyinin Qaradağ rayon Lökbatan qəsəbəsinə verdiyi yeni avtobuslarda Azərbaycan dilinin normalarına riayət olunmayıb.

KONKRET.AZ xəbər verir ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tabloda orfoqrafiya qaydalarına əməl edilməyib.

“28 May” metrostansiyası–“Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə hərəkət edən müntəzəm marşrut xəttində avtobusların elektron tablosunda qeyd olunan elanlarda “ə” hərifi yazılmayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “bizimyol.info”ya bildirib ki, 125 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslarda quraşdırılan elektron tablolar yeni sistemlə işləyirlər.

“Yeni sistemdir, texniki işlər tam yekunlaşmayıb. Qısa vaxtda tam normal qaydada işləyəcək”, – deyə Mais Ağayev bildirib.

Qeyd edək ki, Azərbaycan əlifbası 32 hərfdən ibarət latın qrafikalı əlifbadır. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs var. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir. Azərbaycan dilində 32 hərf 34 səs var.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*