Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Ruslan Ağammədov sürdüyü “Chevrolet” markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, həyatını itirən Kənan Ələddin oğlu Nəsirov evin tək övladı olub. Eyni zamanda, K. Nəsirovun Bakı Mühəndislik Universitetini bitirdiyi və 44 günlük Vətən müharibəsi qazisi olduğu da deyilir.
Məlumata görə, Kənan Nəsirov səhər tezdən işə getmək üçün evdən çıxıb və yol kənarında “Chevrolet” markalı avtomobilin törətdiyi qəza nəticəsində həyatını itirib.
Dəniz Pənahova
KONKRET.az