Bakı Zooloji Parkı ziyarətçilər üçün açıldıbackend

Bakı Zooloji Parkı ziyarətçilər üçün açıldı

İdea ictimai birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2017-ci ildə Bakı zooloji parkının əsaslı təmirinə başlanılıb. Təmir zamanı ərazi 2,125 hektardan 4,125 hektara qədər genişləndirilib. Ərazidə 30000 kvadratmetrə qədər yaşıllıq sahələri var. Kolleksiyamızda 125 növ heyvan var. Onların 22-i Azərbaycanın Qırmızı kitabına daxil olan növlərdir. 39 növ məməli, 24 növ quş, 62 apaterrariuma aid heyvan var. Burada sürünənlə, suda-quruda yaşayanlar, balıq növləri var.

KONKRET.az xəbər verir ki, bunu Bakı Zooloji Parkının direktoru Nəzarət İsayeva parkın açılışı zamanı deyib.

O bildirib ki, təmir tikinti zamanı əsas məqsəd heyvanların şəraiti, onların yaşamasını yaxşılaşdırmaq idi. Bununla bağlı parka xarici ekspertlər dəvət olunub:

“Ərazidə apaterrarium, konatktzoopark, klinika, uşaqlar üçün viktori inşa edilib. Ərazinin tək daxili görünüşü yox, eyni zamanda yanaşması da dəyişilib. Belə ki, Qırmızı kitabına daxil olunan növlərin çoxaldılması, təbiətdə populyasiyasının artırılması məqsədilə rentraduksiya işləri həyata keçiriləcək. Biologiya, ekologiya fakültəsində oxuyan tələbələr üçün xüsusi şərait yaradılacaq ki, burada onlar öz tədqiqat işlərini apara bilsinlər.

Uşaqlar üçün hər zaman xüsusi proqramlar, seminar və treninqlər keçiriləcək”.

Nəzakət İsayevanın sözlərinə görə, Bakı zooloji parkı hər gün saat 10:00-dan 17:30-dək ziyarətçilərini gözləyəcək: “Biletlər böyüklər üçün 5 manat, tələbə və şagirdlər üçün 2 manat, qazilər üçün güzəştli olaraq 2 manat, şəhid ailələrinin övladları, internat evlərindən olan uşaqlar və 3 yaşınadək uşaqlar üçün pulsuz olacaq.

Qapalı məkanlarımız olduğu üçün parka girişdə COVID pasportu tələb olunacaq”.

O qeyd edib ki, bugünkü açılış üçün ilk ziyarətçilər şəhid ailələrinin uşaqları və uşaq evlərindən olan uşaqlardır: “450-ə yaxın qonağımız var. Onlar kolleksiyamız ilə yaxından tanış olublar. Əsas məqsəd uşaqlarda heyvanlara qarşı sevgi hissi formalaşdırmaqdır. İnanıram ki, zooloji park ziyarətçilər üçün simvola keçiriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*