Bakıda 140 min manatlıq dələduzluq edən “şirkət direktoru” ilə bağlı QƏRARbackend

Bakıda 140 min manatlıq dələduzluq edən “şirkət direktoru” ilə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda ittiham olunan Dadaş Yusiflinin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaz-a istinadən xəbər verir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd: Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) ittiham irəli sütrülüb.

İttihama görə, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.

Müəyyən edilib ki, Dadaş Yusifli ASC-lərdən biri ilə hər hansı müqavilə münasibətinin olmamasına baxmayaraq, tanışı zərərçəkmiş F.F.-ə (adı, soyadı şərtidir) həmin cəmiyyətlə guya müqaviləsinin olduğunu, bu müqavilə əsasında tikinti-quraşdırma işləri apardığını və həmin işdən yüksək qazanc əldə ediləcəyini yalandan bildirib. O, bu yolla zərərçəkmiş şəxsin etibarını qazanaraq müxtəlif tarixlərdə ondan pul vəsaitləri alıb.

Belə ki, 6 may 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Əlillər” adlanan kafedə həmin dövrün məzənnəsi ilə 7 000 manata bərabər ABŞ dolları, 7 may 2023-cü il tarixdə ünvan 1-də yerləşən “Kristal” şadlıq sarayının qarşısında 5 100 manata bərabər 3 000 ABŞ dolları, 8 may 2023-cü il tarixdə isə eyni ünvanda 3 400 manata bərabər 2 000 ABŞ dolları məbləğində pul vəsaitini alaraq ələ keçirib. Nəticədə Dadaş Yusifli vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 25 500 manat məbləğində pul vəsaitini ələ keçirərək F.F.-ə xeyli miqdarda ziyan vurub.

Bundan başqa, təqsirləndirilən şəxs eyni üsulla digər zərərçəkmiş T.T.-ni (adı, soyadı şərtidir) də aldadaraq pul vəsaitini ələ keçirib. Dadaş Yusifli həmin ASC ilə guya müqavilə əsasında tikinti-quraşdırma işləri gördüyünü və yüksək gəlir əldə ediləcəyini bildirərək 20 may 2023-cü il tarixdə Ağsu rayonu, Kalağaylı kəndində zərərçəkmiş şəxsin yaşadığı evdə 24 500 manat pul alıb. Cinayət əməlini davam etdirərək 2023-cü ilin iyun ayının ortalarında T.T. tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov küçəsində yerləşən ünvanından mobil tətbiq vasitəsilə “Bank Respublika” ASC-də açılmış kart hesabından təqsirləndirilən şəxsin təqdim etdiyi bank hesabına göndərilən 1 000 manat məbləğində vəsaiti də ələ keçirib.

Beləliklə, Dadaş Yusifli vahid niyyətlə ümumilikdə 25 500 manat məbləğində pul vəsaiti ələ keçirilərək zərərçəkmiş T.T.-yə xeyli miqdarda ziyan vurub.

İttihama görə, təqsirləndirilən şəxs daha bir epizod üzrə hüquqi şəxsə qarşı da dələduzluq edib. Belə ki, o, 2023-cü ilin oktyabr ayında şirkət direktoru kimi öz qulluq mövqeyindən istifadə edərək digər bir MMC-nin direktoru olan nümayəndəyə ASC ilə guya müqaviləsinin olduğunu və həmin müqavilə əsasında tikinti-quraşdırma işləri apardığını bildirib. Dadaş Yusifli götürəcəyi metal boruların dəyərini bir ay müddətində ödəyəcəyinə dair yalan vəd verməklə onu inandırıb.

25 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsində yerləşən anbar ərazisindən elektron qaimə-faktura əsasında 4 694,30 manat dəyərində metal boruları, daha sonra isə dekabr 2023-cü ildə həmin anbardan 35 tondan artıq, 73 755 manatdan çox dəyəri olan digər metal boruları götürərək ələ keçirib. Dadaş Yusifli ümumilikdə 88 449 manatdan artıq dəyərdə metal borular ələ keçirib və hüquqi şəxsə külli miqdarda ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Dadaş Yusifli apellyasiya şikayəti verərək barəsində daha yüngül cəza təyin olunmasını xahiş etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*