Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlandıbackend

Bakıda Amnistiya Aktının tətbiq edildiyi şəxslərin sayı açıqlandı

Bakıda 246 nəfər barəsində Amnistiya Aktı tətbiq edilib.

KONKRET.az-ın məlumatına görə, bu barədə Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi 5 noyabr 2021-ci il tarixində “8 noyabr – Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*