Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az bildirir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Şuşa şəhərciyində yaşayan 1985-ci il təvvəllüdlü Kazımova Səbirə Ələkbər qızı anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb.
O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır. (teleqraf)
