Sərxoş vəziyyətdə DİN-in 102 xidmətinə zəng edərək qeyri-etik ifadələr işlədən şəxs həbs olunub.
KONKRET.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Samir Behbudov (ad-soyad şərtidir) barəsində Xətai RPİ-nin 34-cü polis şöbəsi tərəfindən protokol tərtib olunub.
Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ifadəsində özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu deyib. O, əməli törədən zaman sərxoş olduğunu etiraf edib.
Xırda xuliqanlığa yol verən S.Behbudov məhkəmənin qərarına əsasən 4 gün müddətinə inzibati qaydada həbs olunub.
Ağagül Mürsəlov
KONKRET.az
