Bakıda ana və övladı 7-ci mərtəbədən yıxıldıbackend

Bakıda ana və övladı 7-ci mərtəbədən yıxıldı

Bakıda ana və azyaşlı övladı 7-ci mərtəbədən yıxılıb.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qareyv 116 ünvanında yerləşən binada qeydə alınıb.

Belə ki, binada 7-ci mərtəbəsində yaşayan 1995-ci il təvəllüdlü Rövşanə Umalatova və oğlu 2020-ci il təvəllüdlü Tamerlan Umalatov ehtiyyatsızlıqdan 7-ci mrətəbədən 6-cı mərtəbəyə yıxılıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Kliniki Tibbi Mərkəzdən APA-ya verilən xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarından birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur.

2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək, Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*