Bakıda atla “MakDonalds”a gəldi, xidmət etmədilər – Videobackend

Bakıda atla “MakDonalds”a gəldi, xidmət etmədilər – Video

Paytaxtda bir nəfər (Qala qəsəbəsi istiqamətində olduğu bildirilir – red.) atla “MakDonalds” restoranına nəqliyyat vasitələrinə xidmət edilən istiqamətdən yaxınlaşaraq, sifariş vermək istəyib. Lakin restoran əməkdaşları onun sifarişini qəbul etməyiblər.

Görüntülərdən məlum olur ki, şəxs atın da nəqliyyat vasitəsi olduğuna satıcıları inandırmaq istəsə də, buna nail olmur.

Qeyd edək ki, xarici ölkələrdən birində baş verən analoji hadisədə “MakDonalds” əməkdaşları atlıya nəinki xidmət etmiş, hətta bunu piarlarına çevirmişdilər.

KONKRET.az axaraz-a istinadən həmin görüntünü təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*