Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdübackend

Bakıda avtobus 8 yaşlı oğlanı vurub öldürdü

Bu gün Bakının Xətai rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Xudu Məmmədov keçəsində 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobus piyada keçidindən yolu keçməyə çalışan 2015-ci il təvəllüdlü Famil Quluzadəni vurub. Baş nahiyəsindən ağır xəsarət alan 8 yaşlı oğlan hadisə yerində vəfat edib.

Hadisəni törədən avtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Anar Hüseynov saxlanılıb.

Faktla bağlı Xətai RPİ-də araşdırmalara başlanılıb.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*