Bakıda avtobus ağır qəza törətdi, yaralılar var – VİDEO + YENİLƏNİBbackend

Bakıda avtobus ağır qəza törətdi, yaralılar var - VİDEO + YENİLƏNİB

Bakıda marşrut xətti üzrə hərəkət edən avtobus ağır qəza törədib.

KONKRET.az xəbər verir ki, hadisə Xətai rayonu Seyid Əzim Şirvani küçəsində baş verib. Belə ki, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən “Karsan” markalı avtobus minik avtomobilinə çırpılıb. Nəticədə minik avtomobili yararsız hala düşüb, avtobusa da ciddi ziyan dəyib.

Hadisə şahidləri qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

***

16:47

Bakıda marşrut avtobsnun törətdiyi ağır qəzanın görüntüləri yayılıb.

KONKRET.az xəbər verir ki, görüntülərdə avtobusun minik avtomobilinə arxa tərəfdən gələrək sürətlə çırpılması və sərnişinlərin təşviş içində avtobusu tərk etməsi əks olunub.

Hamin videonu təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*