Bakıda baş verən yanğında ölən şəxsin kimliyi məlum olub.
KONKRET.az xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 128, mənzil 91-də yaşayan 1963-cü il təvəllüdlü Stupnikov Vadim Vladimiroviçin tənha yaşadığı evdə yanğın baş verməsi və tüstüdən boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda araşdırma aparılır.