Bakıda bəzi küçə və prospektlərdə tıxac var – SİYAHIbackend

Bakıda bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Paytaxtın bəzi küçə və prospektlərində sıxlıq var.

KONKRET.az xəbər verir ki, Bayıl qəsəbəsindən Azneft dairəsinə gələn istiqamətdə nəqliyyatın hərəkəti demək olar ki, iflic edilib.

Eyni zamanda, Bakı-Sumqayıt yolunun Xırdalandan keçən hissəsindən başlayaraq, 20 Yanvar dairəsinədək nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti – Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol – hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər, Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə, Yusif Səfərov küçəsi – Cavanşir körpüsü istiqamətində sıxlıq müşahidə edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*