Bakıda bu ərazidə yanğın başladıbackend

Bakıda bu ərazidə yanğın başladı

Bakı şəhəri, Mətbuat prospektində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətində şöbə rəisinin müavini Ehtiram Xəlilov bildirib.

O qeyd edib ki, yanğın otluq ərazidə baş verib:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Yasamal Rayonu, Mətbuat prospektində açıq ərazidə və otluq sahədə yanğının baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*