Bakıda bir çox parklanma yerləri bağlanıb. Bu barədə sosial şəbəkələrdə videolar yayılıb.
KONKRET.az xəbər verir ki, qadağalara rəğmən, sürücülər hələ də həmin ərazilərdə avtomobillərini saxlayırlar. Onlar bu nişanların niyə bağlandığından məlumatsızdılar.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan Milli.Az-a verilən məlumata görə, bu, COP29 tədbiri ilə bağlıdır. Belə ki, tədbir günlərində, nişanların tutulduğu ərazilərdə hərəkətin intensivliyini təmin etmək məqsədilə parkinq xidməti fəaliyyət göstərməyəcək.