Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli hüquq mühafizə orqanlarındakı xidmətindən azad edilib.
KONKRET.az bu barədə “Yeni Sabah”-a istinadən xəbər verir.
Xəbərə görə, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün qurum rəhbərliyinə özü raport yazıb.
Qeyd edək ki, Murad Qulubəylinin hazırda hansı dövlət orqanında çalışdığı bilinmir.
Yazmısınız ki, polis mayorudur. Sonra da hansı təhlükəsizlik orqanında olduğu bilinmir yazmısınız. Hansına inanaq indi?