Bakıda 83 yaşlı kişi axtarılır.
KONKRET.az xəbər verir ki, paytaxt sakini Lev Vinoqradov Ayna Sultanova heykəlinin yaxınlığındakı supermarketdən çıxdıqdan sonra itkin düşüb.
Yaxınlarının bildirdiyinə görə, o, həyat yoldaşı ilə marketə daxil olub, lakin sonra digər qapıdan çıxaraq oranı tərk edib.
L.Vinoqradovun Alzheimer xəstəsi olduğu bildirilir.
Ahıl şəxsin itkin düşməsi ilə bağlı polisə müraciət edilib.
Axtarış tədbirləri həyata keçirilir.
