TƏCİLİ! ABŞ İranla bağlı hərəkətə keçir – Təsdiq edildibackend

TƏCİLİ! ABŞ İranla bağlı hərəkətə keçir - Təsdiq edildi

ABŞ-ın İranla genişmiqyaslı hərbi qarşıdurmaya başlaması ehtimalı olduqca yüksəkdir.

Bu barədə Axios portalı ABŞ prezidenti Donald Trampın yaxın çevrəsindən olan mənbəyə istinadən məlumat yayıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, Trampın müşavirlərindən biri bildirib ki, yaxın həftələrdə ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı təxminən 90 faiz təşkil edir. Mənbənin sözlərinə görə, Ağ Ev rəhbərinin səbrinin tükənməsi və diplomatik danışıqlardan nəticə əldə olunmaması bu riski daha da artırır.

Axios-un yazdığına görə, Tramp administrasiyası İranın nüvə proqramı, regiondakı fəaliyyəti və ABŞ-ın maraqlarına təhdid kimi qiymətləndirilən addımlarına görə ciddi narahatlıq keçirir. Bu səbəbdən Vaşinqtonda hərbi variant getdikcə daha real ssenari kimi müzakirə olunur.

Mənbələr bildirir ki, ABŞ son dövrlər Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaqla mümkün qarşıdurmaya hazırlaşır. Regiona əlavə qüvvələrin, döyüş təyyarələrinin və hərbi texnikanın göndərilməsi də bu ehtimalları gücləndirir.

Eyni zamanda, bəzi rəsmi şəxslər hələ də diplomatik yolların tam tükənmədiyini və münaqişənin qarşısının alınmasının mümkün olduğunu düşünür. Lakin müşavirin açıqlaması göstərir ki, Ağ Evdə səbir limiti demək olar ki, sona çatıb və hərbi variant getdikcə daha real görünür.

Qeyd olunur ki, ABŞ-İran arasında mümkün müharibə Yaxın Şərqdə ciddi gərginliyə səbəb olmaqla yanaşı, qlobal təhlükəsizlik və enerji bazarlarına da ciddi təsir göstərə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*