Bakıda bu yollar tam bağlanırbackend

Bakıda bu yollar tam bağlanır

Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb.

Bu barədə KONKRET.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata əsasən, qeyd olunanları nəzərə alaraq mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifafə etmələri tövsiyyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*