Bakıda çörəyin içərisindən BOLT ÇIXIDIbackend

Bakıda çörəyin içərisindən BOLT ÇIXIDI

Bakıda tanınmış marketlərin birində “Çörəkçi” adı ilə satılan məhsulun içərisindən dəmir parçaları – “bolt-qayka” çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyatı üzrə yönləndirilib.

Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək: “Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları – məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*