Bakıda daha bir “KamAZ” dəhşəti: uşaq yerindəcə keçindibackend

Bakıda daha bir "KamAZ" dəhşəti: uşaq yerindəcə keçindi

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qurban Məhərrəmovun idarə etdiyi “KamAZ 5320” markalı yük avtomobili yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Əkbər Şirəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*