Bakıda fəaliyyət göstərən “Playstation” oyun zalı cərimələndi – VİDEObackend

Bakıda fəaliyyət göstərən "Playstation" oyun zalı cərimələndi - VİDEO

Bakıda karantin qaydalarını pozaraq fəaliyyət göstərən “Playstation” oyun zalı aşkar edilib.

KONKRET.az-a DİN-dən verilən məlumata görə, Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən obyektin fəaliyyəti dərhal dayandırılıb. Baxış zamanı oranın sahibi vətəndaş Nurlan Əzizli və daha 4 müştəri saxlanılaraq ərazi üzrə Polis Bölməsinə gətirilib. Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Oyun zalının sahibi N.Əzizlinin etdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəmə orqanına göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*