Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı backend

Bakıda güclü külək ağacı elektrik xəttinin üzərinə aşırdı 

Gecədən başlayan güclü külək Bakı və ətraf ərazilərdə ciddi fəsadlara yol açıb.

KONKRET.az “report”a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Əhməd Qasımov küçəsində qırılan iri gövdəli ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Hadisə nəticəsində yaxınlıqdakı evlərə və bir avtomobilə ziyan dəyib.

Qırılmış ağac küçədə sakinlərin hərəkətinə mane olub. Hadisə nəticəsində ətrafda olan evlər işıqsız qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*