Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDIbackend

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

Bakıda hipermarketə silahlı hücum zamanı yaralanan Samir Şeydayevin vəziyyəti qənaətbəxşdir.

KONKRET.az xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq “Liv Bona Dea Hospital”nın mətbuat xidmətindən məlumat verilib.

Hospitalın baş həkimi Cabir Gülmalıyev bildirib ki, Samir Şeydayev martın 4-də ağır vəziyyətdə “Liv Bona Dea Hospital”a köçürülüb və reanimasiya şöbəsinə yerləşdirilib:

“Süni tənəffüs aparatı ilə təmin olunduqdan sonra müvafiq müalicəyə başlanılıb və həkimlərin səyi nəticəsində müalicə fonunda xəstənin vəziyyəti qənaətbəxş hesab edilib. Xəstə süni tənəffüs aparatından ayrılıb və martın 8-də palataya köçürülüb. Hazırda müalicəsi davam etdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*