Bakıda hoteldən 13 ədəd televizor oğurlandıbackend

Bakıda hoteldən 13 ədəd televizor oğurlandı

Səbail rayonu ərazisində yerləşən otellərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. 

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla oradan 13 ədəd televizor və 3 mobil telefonun oğurlanması məlum olub.

Ərazi üzrə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlinin orada işləyən E.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*