Bakıda kafedən oğurluq edən şəxs TUTULDUbackend

Bakıda kafedən oğurluq edən şəxs TUTULDU

Bakıda oğurluq hadisəsi olub.

KONKRET.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 15-də Moskva prospektində yerləşən kafelərin birindən qapını sındırmaq yolu ilə 280 manat pul, 1 500 manat dəyərində mobil telefon, səsgücləndirici, mikrofon və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Hümmətov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*