Məhkəmə sədrinin oğlu arvadını uşağının gözü qarşısında bıçaqlayıb – Təfərrüat (YENİLƏNİB)backend

Məhkəmə sədrinin oğlu arvadını uşağının gözü qarşısında bıçaqlayıb - Təfərrüat (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

KONKRET.az xəbər verir ki, ötən gün Bakıda yaşanan ailə faciəsi ilə bağlı“Unikal” bəzi maraqlı faktlar əldə edib.

Belə ki, Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlu hadisəni uşaqlarının gözü qarşısında törədib. Əldə etdiyimiz məlumata görə, o, arvadına 20 bıçaq zərbəsi vurub. O hadisəni törədəndən sonra yaşadığı 10-cu mərtəbədən 16-cı mərtəbəyə qalxaraq gözləyib. Artıq hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gələrkən o, özünü 16-cı mərtəbədən yerə ataraq intihar edib.

Qadının vəziyyətinin ağır olduğu bildirilir.

****

Bakıda dəhşətli ailə faciəsi yaşanıb.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, orta yaşlı kişi ailə münaqişəsi zəminində həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, daha sonra özünü binadan atıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törədən Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Hadisə nəticəsində ər və arvadın öldüyü bildirilir. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*