Vəli Əkbər vəzifəsindən AZAD EDİLDİ – Yerinə bu şəxs gətirildibackend

Vəli Əkbər vəzifəsindən AZAD EDİLDİ - Yerinə bu şəxs gətirildi

 “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov Vəli Əkbəri İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsindən azad edib. Onun yerinə tanınmış jurnalist Nəcəf Həsənov gətirilib.

Baş redaktor Nəcəf Həsənov kanaldan ayrıldı | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

Nəcəf Həsənov

Qeyd edək ki, bir müddət əvvəl Vəli Əkbərin səhhətində ciddi problemlər yaşanıb. Onun ürək əməliyyatı keçirəcəyi bildirilir. Mənbənin verdiyi məlumata görə, o, Teleradio Akademiyasına prorektor təyin edilib. Vəli Əkbər redaksiyamıza bildirib ki, o səhhəti ilə əlaqədar öz ərizəsi ilə işdən ayrılıb.

Yeri gəlmişkən, Nazirlər Kabinetinin qərarına əsasən televiziyada belə bir struktur ləğv edilib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*