56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinirbackend

56 yaşlı kişinin meyiti tapıldı: Oğlu qətldə şübhəli bilinir

Şəmkir rayonunda dərədən meyiti tapılan şəxsin qətlə yetirildiyi müəyyənləşib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü A. Nəbiyevin başına küt alətlə zərbə endirilib. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

İlkin məlumata görə, 56 yaşlı kişi oğlu tərəfindən qətlə yetirilib. Hazırda şübhəli şəxsin saxlanılması istiqamətində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*